Azərbaycanda doğulan hər uşağın 1210 manat xarici dövlət borcu var

Azərbaycanda doğulan hər uşağın 1210 manat xarici dövlət borcu var

Məmurlar uşaqları da xarici borc içində boğur
 
Bunu kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli açıqlayıb. 
 
Onun sözlərinə görə, uşaqdan böyüyə hər kəsin borcu var: “Hökumət yenə də borcalmaya gedir. Borcumuz gün-gündən çoxaldığı halda, ölkənin gəlirləri kəskin şəkildə azalır”.
 
Maliyyə Nazirliyi 1 aprel 2016-cı il tarixinə Azərbaycanın xarici borcunun məbləğini açıqlayıb. Deyilən tarixə xarici dövlət borcu 7 milyard 448.7 milyon ABŞ dolları (11 milyard 486.6 milyon manat, adambaşına 1210 manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21.0 faiz təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir. 
 
Xarici dövlət borcunun 82.3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17.7%-i beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb olunub.
 
1 yanvar 2015-ci il tarixinə xarici dövlət borcu 6 milyard 478.2 milyon ABŞ dolları (5 milyard 81.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.6 faiz təşkil etmişdi.
 
Politika.Az xəbər verir ki, ölkəni borc içində boğan məmurların xarici baklarda hesabları, Avropanın mərkəzində və istirahət zonalarında daşınmaz əmlakları var. 
Ölkəni borc içində qoyub aradan çıxmağa belə hazır olan həmin məmurlarla bağlı artıq sanksiyalar tələbi səslənir. 
 
Onların daşınmaz əmlakının müsadirə olunması, bank hesablarına həbs qoyulması, Azərbaycandan çıxışının yasaqlanması gündəmdədir. Həmin odioz qüvvələr ölkənin neft sərvətlərini talayıb və illərlə ölkənin borclarını artırıb. 
 
Bu siyahıda nəqliyyat naziri Ziya Məmmədov, Bakı meri Hacıbala Abutalıbov, kənd təsərrüfatı naziri Heydər Əsədov, ekologiya naziri Hüseynqulu Bağırov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bank sədri Elman Rüstəmov, MTN rəhbəri olmuş Eldar Mahmudov və başqaları var. (politika.az) /

Google+ WhatsApp ok.ru