Müsavat Partiyası bu gün mitinq keçirəcək 14 Dekabr 2014 02:00 Ölkə Müsavat Partiyası Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə “Siyasi məhbuslara azadlıq!” şüarı altında bu gün mitinq keçirməyi planlaşdırır. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının 14 dekabra təyin etdiyi mitinqin keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab verib. Belə ki, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun Müsavata göndərdiyi məktubda partiyanın müraciətinin araşdırıldığı və mitinqə razılıq verildiyi bildirilib. Mitinq 14 dekabrda, yəni bu gün saat 15:00-dan 17:00-a qədər “İnşaatçılar” metrostansiyasının yanındakı keçmiş “Məhsul” stadionunda keçiriləcək./ Teqlər : #Müsavat Partiyası bu gün mitinq keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xədicə İsmayıl həbsxanadan mübarizəyə səslədi Müsavatın mitinq keçirəcəyi stadion polisin əhatəsində- Fotolar