MTN-in 5 yüksək vəzifəli şəxsi tutuldu - YENİLƏNİB

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha 5 vəzifəli şəxsi istintaqa cəlb edilib.
 
MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Akif Çovdarovun həbsindən sonra həmin idarənin əməkdaşları - idarə rəisi polkovnik Səlim Məmmədov, şöbə rəisi polkovnik-leytenant Vüqar Muxtarov, idarə rəisi polkovnik Rəsul Rəsulov, idarə rəisinin müavini polkovnik Alı Nəbiyev, idarə rəisinin müavini polkovnik-leytenant Elxan Ömərov istintaqa cəlb olunublar.
 
Qeyd edək ki, ötən gün həmin Baş İdarənin əməkdaşları - şöbə rəisinin müavini Orxan Osmanov və idarə rəisi Akif Əliyev barəsində Səbail rayon məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
 
***
Eldar Mahmudov-Akif Çovdarov kriminal qruplaşmasının ifşa olunması əməliyyatları çərçivəsində MTN-in yüksək rütbəli daha üç əməkdaşı istintaqa cəlb olunub.
 
Bunlar polkovnik Rəsul Rəsulov, polkovnik-leytenant Elxan Ömərov və polkovnik-leytenant Əli Nəbiyevdir. Onların hər üçü bu gün artıq qətldə, adam oğurluğunda və banditizmdə də ittiham olunan general Akif Çovdarovun rəhbərlik etdiyi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları olub. 
 
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat daxil olub.
 
Xəbərə görə, hər üç MTN əməkdaşının mənzillərində və iş otaqlarında axtarışlar aparılıb./
 

 

Google+ WhatsApp ok.ru