Ümumdünya Ərbəin Ziyarəti Ensiklopediyası hazırlanır

İmam Hüseyn (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən “Kərbəla” Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Ümumdünya Ərbəin Ziyarəti Ensiklopediyası hazırlanır. 
Maide.az xəbər verir ki, “Kərbəla” Araşdırmalar Mərkəzi Ümumdünya Ərbəin Ziyarəti Ensiklopediyasını  Yunesko-da mədəni irs kimi qeydiyyata almağı planlaşdırır. 
Ümumdünya Ərbəin Ziyarəti Ensiklopediyasının hazırlanması məqsədi ilə bu gün Kərbəla şəhərində mətbuat konfransı keçirilib. Kərbəla” Araşdırmalar Mərkəzinin sədri Əbdül-Əmir Əl-Qorəşi  deyib ki, ensiklopediyanın yazılması və hazırlanması üçün 3 il vaxt sərf olunacaq. “Dünyanın müxtəlif bölgələrindən qələm əhli, araşdırmaçılar və yazıçıların və beynəlxalq araşdırmalar mərkəzinin yardımından bu ensiklopediyanın hazırlanmasında istifadə olunacaq. Bu ensiklopediyada  dinindən asılı olmayaraq əhalinin müxtəlif təbəqələrinin İmam Hüseyn (ə) Ərbəin ziyarəti mərasiminin təşkilindəki çalışmaları, Ərbəin ziyarətinin uğur qazanması üçün edilən siyasi çalışmalar, bu əzəmətli dini mərasimdə qadınların yeri və rolu, yazıçıların və cəmiyyətin ziyalı təbəqəsininin Ərbəin ziyarətindəki rolu haqqında yazılacaq”. 
O əlavə edib ki, ensiklopediyada həmçinin  Ərbəin ziyarətinin mədəni, ictimai və fikri təsirləri araşdırılacaq. /
 

Google+ WhatsApp ok.ru