Ümumdünya Qüds günü mitinqləri - FOTO

Ümumdünya Qüds günü mitinqləri - FOTO

Bu  gün  İranın  paytaxtı  Tehranda  və ölkənin 850  şəhərində Ümumdünya Qüds günü münasibəti ilə  geniş miqyaslı  mitinqlər keçirilib.

Maide.Az xəbər verir ki, bu gün paytaxt  Tehran və digər şəhərlərdə  oruc tutmuş kütlə  yerli vaxtla  saat 10:30  radələrindən başlayacaq  mitinqdə iştirak etmək üçün  bir neçə saat öncədən küçələrə axışıb. Havanın 42 dərəcə isti olmasına baxmayaraq insanlar  məzlum Fələstin xalqına dəstəklərini nümayiş etdirmək və İsrail rejiminə  ölüm  şüarlarını fəryad etmək üçün küçələrə çıxıb.  Mitinqdə  İran İslam Respublikasının prezidenti,  xarici işər naziri və digər  rəsmi şəxsləri də iştirak edib.

Mitinq iştirakçıları əllərində “Qüds bizimdir” , “Sionist rejim gələn 25 ili görməyəcək”, “Ali Rəhbərin  əmrinə tabeyik” və digər  şüarlar  yazılmış plakartlar  daşıyıblar.  Mitinq iştirakçıları həmçinin  Sionist  rejim başçılarının karikaturlarını əllərində daşıyıblar.

Qeyd edək ki, Qeyd edək ki, İlk dəfə 1982-ci ildə İslam İnqilabının banisi Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir.

Son illər "Qüds günü" Azərbaycanda da qeyd olunur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru