Mövsüm Səmədova vəkili ilə görüşməyə icazə verilməyib

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədova qarşı növbəti qanunsuzluq baş verib. 

Artıq günlərdir ki, karserdə saxlanılan M.Səmədova qarşı ardıcıl olaraq basqı davam edir.
Maide.az xəbər verir ki, islaminsesi.org-a bu barədə məhbusun vəkili Anar Qasımlı məlumat verib.
Bu gün vəkili Mövsüm Səmədovla görüşmək üçün onun saxlandığı Qobustan Qapalı Həbsxanasında olub. Lakin vəkili Anar Qasımlıya onunla görüşməyə icazə verilməyib:  “Bizim görüşümüzə icazə verilmədi. Ən ağrısı odur ki, Mövsüm Səmədovun karsa salınma səbəbi açıqlanmır. Bu isə qanuna ziddir”.
Qeyd edək ki, Mövsüm Səmədov iyunun 10-dan karserə salınıb. Onun iyun ayının 25-nə qədər karsda saxlanılması ilə bağl qərar çıxarılıb./ 

Google+ WhatsApp ok.ru