Myanmada müsəlmanlara edilən humanitar yardımın qarşısı alındı

Myanmada müsəlmanlara edilən humanitar yardımın qarşısı alındı

Myanma dövləti Birləşmiş Millətlər Təşkilatının göndərdiyi humanitar yardımı Raxain sakinlərinə çatmasına mane törədib. 
 
Maide.Az xəbər verir ki, Myanma ordusunun əsgərləri ölkənin şimalında Banqladeşlə sərhəd ərazidə əksəriyyəti müsəlmanlar olan Rxain əyalətinə humanitar yardımların verilməsinə icazə verməyib. 
 
Bir neçə həftə öncə bu bölgədə 9 polis əməkdaşının öldürülməsindən sonra Myanma rejimi bölgədəki təhlükəsizlik tədbirlərini artırıb. Bölgədə yaşayan müsəlmanlara isə təzyiqləri artırıb. 
 
Hakimiyyət qüvvələrinin müsəlmanlara hücumu nəticəsində 30 nəfərdən çox dinc sakin öldürülüb. 
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya İdarəsindən bildirilib ki, bölgədə 80-85 min nəfərə gündəlik humanitar yardım edilirdi. Amma Myanma hakimiyyəti bu yardımları bölgədəki insanlara çatdırmağa maneçilik törədir. /

Google+ WhatsApp ok.ru