Myanmanın London və Vaşinqtondakı səfirliyi önündə etiraz: Müsəlmanların soyqrımını dayandırın!

Myanmanın London və Vaşinqtondakı səfirliyi önündə etiraz: Müsəlmanların soyqrımını dayandırın!

Britaniyada yüzlərlə insan Myanma müsəlmanlarının qətliamına etiraz etdi 
 
Maide.Az xəbər verir ki, Bu gün Myanmanın Londondakı səfirliyi önündə etiraz aksiyası keçirilib. 
 
Etirazçılar Myanmanın Londondakı səfirliyi önündə toplaşaraq bu ölkədə Rohingiyalı müsəlmanlara qarşı aparılan  soyqırımı dayandırılmasını tələb edib. 
 
Etirazçılar  beynəlxalq qurum və təşkilatları Myanma hökumətinə təzyiq etməyə və Rohingiyalı qaçqınlara yardım etməyə çağırıb. 
 
Qeyd edək ki, ötən gün Amerikanın Vaşinqton şəhərində Myanma səfirliyi önündə oxşar etiraz aksiyası keçirilib.  
 
Yüzlərlə Vaşinqtonlu etirazçı  ifratçı buddistlər və ordunun müsəlmanlara qarşı  amansız hücumlarını pisləyib və  müsəlmanlara qarşı aparılan soyqırımın dayandırılmasını tələb ediblər.
 
 
 
 

Google+ WhatsApp ok.ru