Myanma qoşunları iki dövlət arasındakı sərhədə mina yerləşdirir 07 Sentyabr 2017 01:00 Dünya Myanma Rohingya müsəlmanlarına qarşı Banqladeşlə sərhədə mina yerləşdirir. Bu addımın Rohingya müsəlmanlarının Myanmaya qayıtmasının qarşısını almaq məqsədi ilə də atıla biləcəyi istisna edilmir. Maide.Az xəbər verir ki, bu barədə "Reuters”ə Banqladeş hökumətindəki iki mənbə məlumat verib. Onların sözlərinə görə, Myanma qoşunları iki dövlət arasındakı sərhədə mina yerləşdirir. Mənbə bu addımın Rohingya müsəlmanlarının Myanmaya qayıtmasının qarşısını almaq məqsədi ilə də atıla biləcəyini istisna etməyib. "Bizim ordumuz 3-4 qrupun tikanlı məftillər yaxınlığında torpağa nəsə basdırdığını görüb. Biz sonra təsdiq etdik ki, onlar mina basdırır”, - mənbə qeyd edib. Mənbələr bildirib ki, Banqladeş ərazisində heç nə edilməyib, sərhəddə bu cür hərəkətlər birinci dəfədir görünür. Myanmada Rohingya müsəlmanlarına qarşı zorakılığın artması onların kütləvi surətdə Banqladeşə qaçmasına səbəb olub. Ötən gün sərhədin Myanma hissəsində iki partlayış baş vermiş, iki oğlan yaralanmışdı. Bu barədə "Reuters”ə Banqladeş Sərhəd mühafizəsi zabiti Manzurul Həsən Xan deyib. Myanma ordusu sərhəddəki partlayışla bağlı açıqlama verməyib. Ordu minaların 90-cı illərdən orda olduğunu və bu vaxta kimi təmizlənmədiyini deyib.(inter az) Teqlər : #Myanma qoşunları iki dövlət arasındakı sərhədə mina yerləşdirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “İmam Xomeyni (rə) ensiklopediyası” nəşr olunacaq NATO Hərbi Komitəsinin rəhbəri və Rusiya SQ Baş Qərargahının rəisi Bakıda görüşəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO