Myanmarda müsəlman qətliamı davam edir: 28 ölü

Myanmarda müsəlman qətliamı davam edir: 28 ölü

Myanmada ordunun helikopterlə hücumu zamanı rohingya müsəlmanlarından ibarət azı 28 dinc sakin öldürülüb. FaktXəbər-in Rosbalt-a istinadla məlumatına görə, hadisə  Arakan əyalətində baş verib.
 
Qeyd edək ki, oktyabrın 22-dən noyabrın 10-na kimi  elə adıçəkilən əyalətdə İslam 430 ev yandırılıb. Human Rights Watch Hüquqmüdafiə Təşkilatı  yandırma faktının qeydə alındığı peyk görüntülərini yaymışdı. 
 
Ümumiyyətlə Arakn  əyalətində olan müsəlmanlar tez-tez əsgərlərin hücumuna məruz qalırlar. BMT  dəfələrlə Myanma hökumətinə işə müdaxilə etməyə, gələcəkdə belə hadisələrə yol verməməsinə və baş verən cinayətləri araşdırmasına çağırıb. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru