Myanmarda tanınmış müsəlman siyasətçi öldürülüb

Myanmarda tanınmış müsəlman siyasətçi öldürülüb

Myanmarda hakim partiyaya yaxın tanınmış müsəlman siyasətçi Ko Ni öldürülüb.  
 
Maide.Az xəbər verir ki, Demokratiya üçün Milli Birlik Partiyasının tanınmış müsəlman üzvlərindən Ko Nİ ötən gün Yanqon beynəlxalq hava limanından çıxarkən güllələnib. 
 
Polis elan edib ki, müsəlman siyasətçini vuran şəxs həbs olunub.
 
 Ko Ni 1988-ci il Myanmarda baş verən qiyamın fəallarından və siyasi məhbus olub. Həbsdən çıxdıqdan sonra Demokratiya üçün Milli Birlik partiyasının sədrinin müşaviri və vəkillik fəaliyyəti ilə məşğul olub.   
 
 

Google+ WhatsApp ok.ru