Myanmarlı müsəlmanlara həbs cəzası verilib

Myanmarda 20 müsəlmana kifayət qədər dəlil olmamasına baxmayaraq, "terror əlaqəsi" ilə bağlı həbs cəzası verilib.
 
Maide.az xəbər verir ki, yerli mediada çıxan məlumata görə, məhkəməyə təqdim olunan kifayət qədər dəlil olmamasına baxmayaraq, "milli təhlükəsizliyi təhdid etmək" və "silah saxlamaq" kimi cinayətlərdən dördü qadın olmaqla 20 nəfərə 7-14 il arasında dəyişən həbs cəzası kəsilib.
 
Vəkil "Thein Shwe" qəzetinə açıqlamada müvəkkilləri haqqında terror əlaqəsiylə bağlı kifayət qədər dəlil olmamasına baxmayaraq, müttəhimlərə həbs cəzası verildiyini bildirib. Shwe, "Bu həbs cəzaları ədalətli deyilS Sadəcə bir polis hesabatına əsaslandırılaraq təqdim olunan dəlil, bu şəxslərin terrorçu olduğunu göstərə bilməz", - deyə bildirib.
 
Müsəlmanlar keçən ilin avqust ayında Shan ştatının cənubunda bir toy mərasimində iştirak edərkən yolda həbs olunublar.
 
Polislər toy mərasiminə gedən müsəlmanların maşınlarında silah tapdığını iddia etmişdi.
 
Qeyd edək ki, təxminən 60 milyonluq əhalisinin böyük qisminin buddist olduğu Myanmar dörd il əvvəl hərbi idarəçilikdən demokratiyaya keçmişdi. 2011-ci ildə hakimiyyətə gələn Tein Sena rəhbərliyindəki hökumətin çoxsaylı siyasi dustağı azad etməsinə, etnik qruplarla atəşkəs imzalamasına, mətbuat azadlığını genişləndirməsinə və nəzarət qanunlarını yüngülləşməsinə baxmayaraq, Myanmar dünya gündəmində hələ də insan haqları pozuntuları, dini azlıqlara tətbiq olunan ayrı-seçkiliklə ad çıxarır.

Google+ WhatsApp ok.ru