Müqtəda əs-Sədr ittifaqa gedəcəyi şəxsləri açıqladı

Müqtəda əs-Sədr ittifaqa gedəcəyi şəxsləri açıqladı

-- Bu ittifaq Müqtəda əs-Sədrə parlamentdə 95 kürsüyə malik olmaqla yanaşı...

İraqda keçirilən parlament seçkilərində qalib gələn Müqtəda əs-Sədrin "Sairun" koalisiyası üçlü ittifaq elan edib. 
 
Seçkilərin qalibi olan "Sairun" koalisiyasi İraqın nüfuzlu din alimi İshaq İbn əl-Həkimin "Milli Hikmət" koalisiyası və keçmiş baş nazir Əyad Əllavinin "Vətəniyyə" koalisiyası ilə birləşərək ittifaq yaradıb.
 
Bu ittifaq Müqtəda əs-Sədrə parlamentdə 95 kürsüyə malik olmaqla yanaşı, yeni hökumət qurmaq imkanı da verəcək.
 
Qeyd edək ki, İraqda 12 mayda keçirilən parlament seçkilərində "Sairun" koalisiyası 329 kürsüdən 54-nə yiyələnməklə qalib gəlib. Əl-Həkim koalisiyası 20 deputat, Əllavi isə 21 deputatla parlamentdə təmsil olunmaq hüququ qazanıb.(faktxeber)
 

 

Google+ WhatsApp ok.ru