Məkkədə hoteldə yanğın - 600 zəvvar təxliyə edilib

Məkkədə hoteldə yanğın - 600 zəvvar təxliyə edilib

Məkkədə həcc ziyarəti üçün gələn zəvvarların qaldığı hoteldə yanğın baş verib.
 
Hadisə nəticəsində hotelin 600-dək zəvvarı təxliyə edilib.
 
Yanğın bazar günü axşam 15 mərtəbəli hotel binasının 8-ci mətəbəsində kondisioner sisteminin bayır hissəsində baş verib.
 
Hadisə yerinə gələn fövqəladə xidmətləri mehmanxananın bütün qonaqları və əməkdaşlarını küçəyə çıxarıb və yanğın söndürülüb. Xəsarət alan olmayıb. Bundan sonra zəvvarların öz otaqlarına qayıtmalarına icazə verilib.(İslaminSesi)
 

Google+ WhatsApp ok.ru