Nəcəfdə hoteldə baş verən yanğında xəsarət alanların sayı 31 nəfərə çatıb- YENİLƏNİB

Nəcəfdə hoteldə baş verən yanğında xəsarət alanların sayı 31 nəfərə çatıb- YENİLƏNİB

İranın Jamnews xəbər saytı məlumat verir ki,  Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi Əli Mərəşi deyib ki, xəsarət alan zəvvarların sayı 31 nəfərdir. Onlardan  əksəriyyəti ambulator  müayinədən sonra evə buraxılıb.  3 nəfərin vəziyyəti ağır olduğundan  Nəcəf xəstəxanasında  yatızıdırılıb.
 
 
***
İraqın Nəcəf şəhərində  “Həsən Qonaq evi” adlı hoteldə baş verən yanğında  13 zəvvar xəsarət alıb.
 
Maide.Az xəbər verir ki, yanğın baş verən  hoteldə olan zəvvarların əksəriyyəti İranlılar olub.
 
 İranın Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi Əli Mərəşi deyib ki, xəsarət alan zəvvarlar İranın Qum və Hörmüzqan əyalətindəndirlər.
 
Yaralılar Nəcəf şəhər xəstəxanasına çatıdırılıblar. 
 
Hoteldə yanğının baş verməsinə səbəb kimi elektrik naqillərində olan problem göstərilir.
 

Google+ WhatsApp ok.ru