Nəqliyyatın hərəkətindən dəyişiklik: Bu dairəyə işıqforlar quraşdırıldı

Nəqliyyatın hərəkətindən dəyişiklik: Bu dairəyə işıqforlar quraşdırıldı

Artıq sabahdan etibarən işıqforlar fəaliyyətə başlayacaq.
 
Xırdalan şəhərində, Masazır dairəsi deyilən əraziyə işıqforlar quraşdırılıb.
 
İşıqfor dirəkləri bu gün gecə saatlarında dairənin hər tərəfinə yerləşdirilib. İş icraçılarının verdiyi məlumata görə, artıq sabahdan etibarən işıqforlar fəaliyyətə başlayacaq.
 
Xatırladaq ki, sözügedən dairədə mütəmadi olaraq qəza baş verirdi. Sürücülər isə, qəzalara səbəb kimi işıqforun olmamasını, nizamsız hərəkəti göstərirdi. (pressclub) /

Google+ WhatsApp ok.ru