Nalbandyan Türkiyəni hədələdi

Ermənistanın xarici işlər naiziri Eduard Nalbandyan Türkiyəni hədələyib.
 
Ermənistanın baş diplomatı İtaliyanın “Adnkronos” agentliyinə verdiyi müsahibədə, “Türkiyə başqa dildə də anlamır” – deyərək Türkiyəni təhdid edib. 
 
“Son günlər bir çox beynəlxalq qurum “soyqırımını” tanıyan açıqlamalar verir, qərar qəbul və bu istiqamətdə addımlar atması üçün Türkiyəyə çağırışlar edir. Bu çərçivədə papanın açıqlaması digər dəyərlərə əlavə olundu. Türkiyə bunu anlamağa başlayanda beynəlxalq ictimaiyyət və papa kimi şəxslərin nə demək istədiklərini başa düşəcək. Türkiyə başqa bir dil danışmaqdan da başa düşmür kimi görünür”. - Ermənistanın xarici işlər naiziri belə deyib.
 
Nalbandyan papanın bəyanatının ermənilər üçün sülh mesajı olduğunu iddia edib: “Bu açıqlama Ermənistan xalqı üçün sülh mesajıdır, eyni zamanda beynəlxalq ictimaiyyətə müraciət edərək bəşəriyyətə qarşı cinayətləri və “soyqırımları”nın da qarşısını almaq üçün mesajdır”. 
 
Ermənistan bu il aprelin 24-də qondarma "soyqırımının" 100-cü ildönümünü qeyd etməyə hazırlaşır. 

Google+ WhatsApp ok.ru