Nardaranda aksiya keçirilib - Foto+Video

 
Maide.az xəbər verir ki, bu gün güorta saatlarında Bakının Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı atışma baş verib. Atışma zamanı 6 nəfər dünyasını dəyişib. Onlardan 2-si polis əməkdaşıdır.
 
Baş verən insidetlə bağlı hazırdan Nardaranda gərgin vəziyyət var. Qəsəbə sakinlərin "İmam Hüseyn" meydanına toplaşaraq baş vermiş olaya etirazlarını bildirirlər. 
 
Keçirilən əməliyyata etiraz edən sakinlər bildirirlər ki, polis bir neçə aydır rəhmətə gedən Hacı Heybət adlı sakinin evinə basqın edib. 
 
Sakinlərin sözlərinə görə, həmin vaxt evdə bir neçə dindar namaza toplaşıbmış.
 
Sakinlər atışmada kimin öldüyü, kimin yaralandığı barədə dəqiq məlumata malik deyillər.
 
 

 

 

 

 


Google+ WhatsApp ok.ru