Nardaranda qətl hadisəsi baş verib 19 İyul 2014 01:00 Hadisə Bakıda 57 yaşlı kişi qətlə yetirilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iyulun 18-də Nardaran qəsəbəsi ərazisində qəsəbə sakini, 1967-ci il təvəllüdlü Elxan Cəfərov ov tüfəngi ilə atəş açaraq digər qəsəbə sakini, 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni qətlə yetirib. Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Ondan cinayətdə istifadə etdiyi 16 kalibrli sənədsiz olan qoşalülə ov tüfəngi götürülüb. Teqlər : #Nardaranda qətl hadisəsi baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda terrorçular namaz qılanlara atəş açıb Azərbaycanda üç uşaq anası asılmış vəziyyətdə tapılıb