Nardaran hadisələri zamanı saxlanılanlardan 57 nəfəri buraxılıb

Bakı. Etibar Məmmədov - APA. Nardaran hadisələri zamanı inzibati qaydada həbs olunanlardan 57 nəfəri azadlığa buraxılıb.
 
Bu barədə APA-ya Nardaran sakini Natiq Kərimov məlumat verib.
O qeyd edib ki, Nardaran hadisələrinə görə ümumilikdə 71 nəfər barəsində sutkalıq həbs qərarı verilib: “Məndə olan məlumata görə, 14 nəfər hələ də inzibati qaydada həbsdədir. Onların bir hissəsinin həbs müddəti sabah başa çatdığı üçün azadlığa buraxılmaları gözlənilir”. /

Google+ WhatsApp ok.ru