Nardaran ziyarətgahına təbii qaz verildi

Nardaran ziyarətgahına təbii qaz verildi

Bakının Nardaran qəsəbəsindəki "Rəhimə xanım" ziyarətgahına təbii qaz verilib.
 
Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev bildirib.
 
Qurum rəsmisi bildirib ki, ziyarətgah bu gün qanuni yolla abonent kimi qeydiyyata alınıb və obyekt sayğaclaşdırılıb: "Sayğaclaşma prosesi başa çatandan sonra ziyarətgaha təbii qaz verilməsinə başlanıb".
 
 
Nardaran ziyarətgahının qazı niyə kəsilib? - Rəsmi cavab
Xatırladaq ki, Nardaran qəsəbəsinin qazlaşdırılması sistemi yenidən qurulanda "Rəhimə xanım" ziyarətgahının sənədləri qaydasında olmadığı üçün obyektə qaz verilişi dayandırılmışdı. /

Google+ WhatsApp ok.ru