NATO: İraqda daha 5 il qala bilərik

NATO: İraqda daha 5 il qala bilərik

İraqdakı NATO qüvvələrinin komandanı islahatlar bəhanəsi ilə koalisiya qüvvələrinin İraqda daha beş il qala biləcəyini söyləyib.
 
Maide.Az "deyerler.org" a istinadən xəbər verir ki, İraqdakı NATO qüvvələrinin komandiri Cenni Karinian video konfrans üzərindən “Rudaw” Araşdırma Mərkəzinə verdiyi açıqlamsında, koalisiya qüvvələrinin “islahat proqramını və müdafiə və təhlükəsizlik sistemini aktivləşdirmək” üçün İraqda daha beş il qala biləcəyini söyləyib.
 
“Beynəlxalq Koalisiya hazırda keçid mərhələsindədir baxmayaraq ki, koalisiyadakı birliklərimizin sayı önümüzdəki aylarda azalacaq.
 
Bu keçiddə onlara yaxından kömək edəcəyik. NATO-nun məqsədi beynəlxalq koalisiya qüvvələri olmadan da İraqdakı vəzifələrini yerinə yetirməkdir. Qalmaq istəyirik. Məqsədimiz islahatları uğurlu etməkdir”.
 
İraq hökumətinin istəyi ilə, NATO müdafiə nazirləri bir neçə gün əvvəl NATO-nun İraqdakı missiyasını məsləhətçilərini artıraraq genişləndirmək barədə razılığa gəldiklərini açıqladılar, bu səbəbdən önümüzdəki aylarda və illərdə daha çox məsuliyyət daşıyacağıq.
 
O, həmçinin Əl-Həşduş Şəbi də daxil olmaqla, İraq hökumətinə bağlı təhlükəsizlik və rəsmi qüvvələri dəstəkləməkdən ən çox narahat olduqlarını iddia edib.
 
“Bununla birlikdə, NATO-nun Əl-Həşduş Şəbi ilə işləmək planları yoxdur və Əl-Həşduş Şəbinin yaradılması və gücləndirilməsi məsələsi İraq hökuməti tərəfindən istənilir və gələcəkdə NATO qüvvələrinin vəzifəsinin bir hissəsi ola bilər”.
 
NATO qüvvələrinin komandanı İraqın Kürd Regional Rəhbərliyindəki Peşmərgə qüvvələrinə dəstək məsələsinə də toxunub və bildirib ki, bu günə qədər Peşmərgə Nazirliyi NATO-dan heç bir kömək istəməyib.
 
“Bu keçid mərhələsində hələ müəyyənləşdirilməmiş məsələlərdən biridir. Bu baxımdan nə olacağını bilmək vacibdir. Ancaq hazırda cavab yoxdur. İraq hökuməti, NATO və beynəlxalq koalisiya bu məsələyə daha çox diqqət yetirməlidir”.
 
Karinian koalisiya qüvvələrinə və ABŞ-ın Bağdaddakı səfirliyinə hücum məsələsinə də toxunaraq, belə deyib: “Bu məsələyə ciddi yanaşacağıq, belə ki, İraq hökuməti qüvvələrimizi qoruyacağını bildirdi”.
 

Google+ WhatsApp ok.ru