NATO təyyarələrindən biabırçılıq -  sivilləri vurdu

NATO təyyarələrindən biabırçılıq - sivilləri vurdu

Əfqanıstanın Loqar vilayətində NATO qüvvələrinə məxsus təyyarələr sivillərin yaşadığı məntəqələri bombalayıb.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
 
NATO təyyarələrinin “Taliban” terrorçularına qarşı əməliyyat keçirmək niyyətində olduğu, lakin səhvən sivilləri vurduğu iddia edilib.
 
Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai NATO-nun sivillərə qarşı hücumları dayandırmağını istəyib.
 
Hələlik NATO tərəfi məsələ ilə bağlı susqun qalmağı üstün tutub.
 

Google+ WhatsApp ok.ru