Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəli dəyişəcək

Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəli dəyişəcək

Sabahdan Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
 
Maide.Az xəbər verir ki,  "Azərbaycan Dəmir Yolları" QSC-İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın "Report"a verdiyi məlumata görə, dəyişiklik qatarın Naxçıvandan yola düşmə və Naxçıvana çatma vaxtlarına şamil ediləcək.
 
Belə ki, qatar il ərzində, həftədə bir dəfə Naxçıvandan həftənin cümə axşamı Bakı vaxtı ilə saat 06:44-də (əvvəl saat 06:54-də yola düşürdü) və həftənin cümə günü saat 13:15-də (Tehran vaxtı ilə) Məşhəd stansiyasına çatacaq. Elə həmin gün saat 20:15-də Məşhəddən yola düşən qatar həftənin bazar günü saat 04:36-da (əvvəl 04:26-da çatırdı) Naxçıvana çatacaq.
 
 
Qeyd edək ki, Naxçıvan - Məşhəd -Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən etibarən hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.
 

 

Google+ WhatsApp ok.ru