Naxçıvanda qəza: 4 ölü, 2 yaralı

Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.
 
Maide.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Naxçıvan-Şərur yolunda qeydə alınıb.
 
“Tofaş” markalı minik maşını ilə “Azsamand” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
 
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

Google+ WhatsApp ok.ru