Naxçıvanda qeydiyyatda olanların nəzərinə 05 Noyabr 2019 16:02 Xəbərlər Naxçıvan Daxili İşlər Nazirliyi və Bakı şəhərində Naxçıvanın Daimi Nümayəndəliyi Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlara müraciət edib. “Yeni Sabah” xəbər verir ki, Bakı şəhərində və Azərbaycanın digər bölgələrində yaşayan, Naxçıvanda daimi pasport qeydiyyatında olan sakinlər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək və yaxud yenisini almaq üçün 15 noyabr 2019-cu il tarixdən 05 dekabr 2019-cu il tarixədək (Bazar günləri istisna olmaqla) Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşlarına müraciət edə bilərlər. Teqlər : #Naxçıvanda,#qeydiyyatda,#olanların,#nəzərinə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Samirra İmam Həsən Əsgərinin (ə) müsibətli şəhadət gününü anmağa hazırlaşır Britaniyada dəmiryolçular 27 günlük tətil keçirməyi planlaşdırır