Naxçıvanla sərhəddə ağır qəza - 27 azərbaycanlı yaralandı, 5-i öldü - VİDEO (YENİLƏNİB)

Naxçıvanla sərhəddə ağır qəza - 27 azərbaycanlı yaralandı, 5-i öldü - VİDEO (YENİLƏNİB)

16:10
İqdırdan Naxçıvana gedən avtobusla Naxçıvandan İqdıra gələn avtobusun toqquşması nəticəsində azı 28 nəfər yaralandığı və 8 nəfər öldüyü deyilir.
İqdır səhiyyə idarəsinin müdürü Alpaslan Erol BBC Azərbaycancaya bildirib ki, hadisə nəticəsində yaralananların azı 27 nəfəri, ölənlərin isə beşi Azərbaycan vətəndaşıdır.
Onlardan 26-si İqdır dövlət xəstəxanasında, 1-i isə Aralık dövlət xəstəxanasındadır, deyən cənab Erol onlardan ikisinin vəziyyətinin "ağır" olduğunu bildirib.
Digər ölən 3 nəfər Türkiyə vətəndaşlarıdır, rəsmi əlavə edib.
BBC Azərbaycanın Türkiyədəki əməkdaşı İlhamə Qasımlı bildirir ki, İqdır valisi Ahmet Turgay Alpman hadisə yerinə gedib.
Vali bildirib ki, qəzanın "yanlış ötmə əməliyyatı və sıx duman üzündən baş verdiyi ehtimal edilir".
 
14:28
Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsi yaxınlığında ağır yol qəzası baş verib.
 
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki,  Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzasında 26 Azərbaycan vətəndaşı yaralanıb. 
 
Bu barədə "Qafqazinfo"ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, qəzada ümumilikdə 8 nəfər həlak olub, onların arasında azərbaycanlıların olub-olmaması araşdırılır.
 
İğdır valisi Ahmet Turgay Alpman bildirib ki, hər iki avtobusda olanların əksəriyyəti naxçıvanlılar olub. 
 
Türkiyə mətbuatı hər 2 avtobus sürücüsünün və 5 azərbaycanlının öldüyünü açıqlayıb. 
 
Naxçıvanla sərhəddə ağır qəza -  26 azərbaycanlı yaralandı, 5-i öldü
 
Naxçıvanla sərhəddə ağır qəza -  26 azərbaycanlı yaralandı, 5-i öldü
 
 


Katliam Gibi Kaza! Iğdır'da İki Otobüs Çarpıştı... by haberler

Google+ WhatsApp ok.ru