Nazarbaev-in partiyası qalib gəlir

Qazaxıstanda martın 20-də keçirilmiş parlament seçkilərində prezident Nursultan Nazarbaev-in «Nur Otan» Partiyası səslərin 82.15 faizini toplayıb. Bu barədə mərkəzi seçki komissiyası açıqlama yayıb.
 
İlkin nəticələrə görə, Nazarbaev-in müttəfiqləri sayılan Kommunist Xalq Partiyası və «Ak Jol» Partiyası 107 yerlik Məclisə girməkdən ötrü 7 faizlik baryeri aşıb.
 
Görünür, qanunvericilik orqanda yenə də, əvvəlki kimi, 3 partiya yer alacaq.
 
Seçicilərin 77 faizinin səsverməyə qatıldığı bildirilir.
 
Qərb müşahidəçiləri 1991-ci ildə müstəqillik qazanandan Qazaxıstanda heç bir seçkini azad və ədalətli saymayıb. 
 
Martın 20-də AzadlıqRadiosunun əməkdaşları seçki qutularına bülletenlərin topayla atılması, bir nəfərin ailə üzvləri adından səs verməsi və digər pozuntuları müşahidə ediblər.  /

Google+ WhatsApp ok.ru