Nazirlik: “Bu gün internet təchizatında problem son tamamlama işləri ilə əlaqədardır”

Bu gün saat 16:00 radələrində Azərbaycanda internetlə təchizatda yenidən problem yaranıb.
 
“APA-Economics”in məlumatına görə, saat 16:00-dan etibarən təxminən 20 dəqiqə ərzində internetə giriş mümkün olmayıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  fakti təsdiqləyiblər. Nazirlidən bildirilib ki, internetlə təchizatda problem noyabrın 16-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı aparılan son tamamlama işləri ilə bağlıdır: “İnternetlə təchizatda fasilə 5-10 dəqiqəlikdir. Fasiləyə səbəb son tamamlama işləri və avadanlıqların yerinin dəyişməsi ilə əlaqədardır”./

Google+ WhatsApp ok.ru