Nazirlik: Erməni tərəfi cəfəngiyyat xarakterli məlumatlar yaymaqdadır

Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin guya cəbhədə baş verən atışmada öldürülmüş hərbçimizin meyitinin götürülməsinə icazə verməsi barədə bəyanatını şərh edib.
 
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, erməni tərəfi yenə də cəfəngiyyat xarakterli məlumat yaymaqdadır.
 
“Biz artıq dünən də erməni tərəfinin oxşar bəyanatını cavablandırmışıq. Bu, erməni tərəfinin növbəti təxribatıdır. Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyiblər. Belə olan halda, erməni tərəfi hansı meyitin götürülməsindən danışır?”, - deyə, qurumdan vurğulayıblar.
 
Nazirlikdən həmçinin onu da bildiriblər ki, Azərbaycan tərəfi qoşunların təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir.

Google+ WhatsApp ok.ru