Nazirlikdən Feysbuk açıqlaması - Yenilənib

Azərbaycanda Feysbuk istifadəçiləri problemlərlə üzləşib.
 
İstifadəçilər sosial şəbəkədən istifadə edə bilmir.
 
Hazırda Feysbuk tam istifadəsiz vəziyyətə düşüb. 
 
****

11:30

 

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Feysbuk sosial şəbəkəsində yaranan problemlə bağlı məlumat yayıb.

 

Nazirlik bildirib ki, saat 10:24-dən etibarən sosial şəbəkənin saytı və  mobil tətbiq yenilənmir. Eyni zamanda,  foto və video paylaşım şəbəkəsi olan İnstaqramda da problemlər qeydə alınıb.

 

“Hələlik rəsmi məlumat verilməsə də, texniki problemin Mark Zukerberqin şirkətindən qaynaqlandığı ehtimal edilir”, - məlumatda bildirilib.

 

***

 

Bu dəqiqələrdə yaranan problemlər aradan qaldırıldı və Feysbuk öz fəaliyyətini bərpa etdi. 

 
 
 

Google+ WhatsApp ok.ru