İraqın əl-Ənbar əyalətinin azad edilməsi əməliyyatı başladı

 İraqın əl-Ənbar əyalətinin azad edilməsi əməliyyatı başladı, bunu İraq təhlükəsizlik qüvvələri dünən bildirib. "Bu əməliyyat bu gündən İraq ordusu və xalq könüllülərilə birgə həyata keçiriləcək."

Maide.az-ın əl-Aləm-ə istinadlı məlumatına əsasən,İlk öncə ər-Rəmadi şəhərinin məntəqələri təkfirçi və terrorçu qruplaşma olan İŞİD terrorçularından təmizlənəcək.

Əl-Ənbar əməliyyatları üzrə məsul şəxslərdən biri iki tərəf arasında döyüşlərin davam etdiyini bildirərək deyib: Bu əməliyyatda İŞİD əleyhinə koalisiya qüvvələri İŞİD mövqelərinə hava zərbələri endirməyi və İraq ordusu ilə xalq könüllü qüvvələri quru hücumlarını öz üzərlərinə götürmüşlər.
Son həftələrdə İraq hərbiçiləri, xalq könüllüləri və kürd pişmərgələri İŞİD qarşısında nəzərə çarpacaq qələbələr qazanmışlar. Bir neçə mühüm və strateji məntəqə İŞİD-in əlindən çıxmışdır./

 

Google+ WhatsApp ok.ru