Nazir sürət həddini aşdığına görə 600 dollar cərimələndi 16 Sentyabr 2016 01:00 Dünya Yaponiya məhkəməsi Okinava və “şimal ərazilərin” (cənubi Kuril adaları) işi üzrə dövlət nazirini sürət həddini aşdığına görə təxminən 600 dollar cərimə edib. 49 yaşlı nazir Yosuke Suruxo bu il iyulun 2-də Osaka prefekturasının İdzumi şəhərindəki trasın saatda 80 kilometr sürət həddi olan hissəsində avtomobilini 123 kilometr sürətlə idarə etdiyinə görə 60 min yen məbləğində cərimələnib. Nazir hadisəni seçkiqabağı mitinqdə parlamentin yuxarı palatasına namizədlərdən birini dəstəkləməyə gedərkən tıxacda qaldığı üçün tələsməsi ilə izah etsə də, məhkəmə cərimə qərarını qüvvədə saxlayıb. Yosuke Suruxo bundan əvvəl - 2006-cı ildə də Osaka prefekturasının avtomobil yollarının birində sürət həddini aşdığına görə 70 min yen cərimə olunmuşdu. (azərtac) / Teqlər : #Nazir sürət həddini aşdığına görə 600 dollar cərimələndi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Batumi şəhərini su basdı İndoneziyada 5,9 bal gücündə zəlzələ baş verib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO