İncirlik bazası bağlanır? – Çavuşoğlu açıqladı 06 Yanvar 2017 02:00 Dünya İncirlik bazasının ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya üçün qapadılması hazırda gündəmdə deyil. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. O, beynəlxalq koalisiyanın İŞİD-lə mübarizədə Türkiyəyə verdiyi dəstəyin kifayət qədər olmadığını da bildirib: “Buna görə də Türkiyə ictimaiyyəti beynəlxalq koalisiyanın fəaliyyətindən narazıdır. Onlarda belə bir sual yaranır: Əgər koalisiya Türkiyəyə yardım etmirsə, o zaman niyə İncirlik aviabazasından istifadə edir?” Qeyd edək ki, bundan öncə Türkiyə Baş nazirinin müavini Veysi Qaynaq İncirlik bazasının qapadılma hüququnun Türkiyədə olduğunu açıqlamışdı. Bu açıqlamanın ardınca İncirlik bazasının qapadılma ehtimalı gündəmə gəlmişdi. (axar.az) / Teqlər : # İncirlik bazası bağlanır? – Çavuşoğlu açıqladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Braziliyada 33 məhbus ölü halda tapılıb ABŞ-da hava limanında atışma: 5 ölü, 45 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO