İndi də 10 saylı CM-də dava oldu

Ədliyyə Nazirliyinin həbsxanalarından birində məhbuslar arasında insident yaşanıb.
Maide.az-ın “Qafqazinfo”ya istinadən  verdiyi xəbərə görə, hadisə Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində baş verib. Müəssisədə cəza çəkənlər 1989-cu il təvəllüdlü Şahsuvar Rəcəbovla Hamlet İbayev arasında dava olub.  Ş.Rəcəbov əlindəki fincanla H.İbayevin baş nahiyəsindən vuraraq xəsarət yetirib. İş üzrə araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru