İndoneziyada 43 min 900 il yaşında qəribə təsvir tapılıb

İndoneziyada 43 min 900 il yaşında qəribə təsvir tapılıb

Tədqiqatçılar İndoneziyada yaşı 43 min 900 il olan qədim ovçuluq təsviri tapıblar.
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, təsvirdə ov səhnəsi: silahlı insanların üzərinə qaçan öküzlər əks olunub.
 
Həmçinin, alimlər bəzi şəkillərə heyvan cizgiləri olduğunu aşkarlayıblar. Bu o deməkdir ki, səhnə qismən də olsa rəssam tərəfindən icad olunub və əgər belədirsə, o zaman qarşımızda ən qədim yaradıcılıq nümunəsi vardır. Məlumat Nature jurnalında dərc olunub.
 
2017-ci ildə İndoneziyalı arxeoloq və speleoloq Pak Hamrullah, Sulavesi adasında araşdırılan onlarla mağaradan birinin əhəng daşı divarında zamanla gizlənmiş bir çuxur görmüşdü. Qısa keçiddən sonra mağaraya rast gəlindi. Qeyri adi şəkil həmin mağaranın divarında 4.5 metr sahəni əhatə etmişdir.
 
Alimlər tərəfindən daha əvvəl aşkarlanan əksər mağara rəsmlərindən fərqli olaraq, bu rəsm bütöv bir janr mənzərəsini təsvir edir.
 
 

Google+ WhatsApp ok.ru