`YouTube`dən yeni qaydalar: hansı videolar silinəcək?

`YouTube`dən yeni qaydalar: hansı videolar silinəcək?

Bundan sonra “YouTube” cinsi orientasiya, gender və irqi mənsubiyyəti təhqir edən, eləcə də zorakılığa işarə edən və ya kimisə incidən videoları siləcək.
 
Bu barədə şirkətin istehsala nəzarət şöbəsinin rəisi Nil Morqan bildirib. 
 
İyunda video vasitəsilə tanınmış müəllif başqa bir məşhur blogeri hədələyəndən sonra böyük qalmaqal yaranmışdı. Ona görə, "YouTube" siyasətində bir sıra dəyişiklik etmək qərarına gəlib.
 
"YouTube"də vurğulayıblar ki, yeni qaydalar həm adi istifadəçilərə, həm də populyar blogerlərə və siyasətçilərə şamil olunacaq. Qaydaları mütəmadi pozan video müəlliflərinin kanalları bağlanacaq və yaxud reklamdan gələn gəlirləri alınacaq.
 
Qeyd edək ki, şirkət yumor ustaları və musiqili videolar üçün istisnalar tətbiq edəcək. /FaktXəbər
 

Google+ WhatsApp ok.ru