İndoneziyada 5,1 bal gücündə zəlzələ olub

RİA Novosti agentliyinin məlumatına  görə, yeraltı təkanların episentri Talaud arxipelaqından 74 km şimal-şərqdə, İndoneziya ilə Filippinin sərhədində olub . Zəlzələnin ocağı 129 km dərinlikdə yerləşib.
 
İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.
 
Xatırladaq ki, 2009-cu ildə İndoneziyada  qeydə alınan  güclü zəlzələ nəticəsində min nəfərdən artıq, 2004-cü ildə baş verən zəlzələ və ondan sonra əmələ gələn sunami nəticəsində isə yüz minlərlə insan həyatını itirmişdi. /

Google+ WhatsApp ok.ru