İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb - FOTO 18 İyul 2020 09:35 Dünya İndoneziyanın Cənubi Sulavesi əyalətində leysan yağışlar nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 3 mindən çox insan yaşayış yerlərini tərk edib. Bununla yanaşı, 16 nəfərin itkin düşdüyü bildirilir. Əyalətdə yerləşən evlərə və infrastruktura da ciddi ziyan dəyib. Hazırda itkin düşənlərin axtarışı və zərərçəkənlərin təxliyəsi davam etdirilir. Palçıqla müşayiət olunan güclü sel nəticəsində 4 mindən çox ev su altında qalıb, 3 mindən çox sakin təxliyə mərkəzlərinə yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatına 359 xilasedici cəlb olunub. Leysan yağışlar nəticəsində 13 kilometr uzunluqda yolun, 9 körpünün, 13 dini və 9 məktəb binasının, səkkiz ofisin və bazar kompleksinin dağıldığı bildirilir. Zərər çəkən rayonlarda yolların palçıq və ağac qırıntıları ilə dolması xilasedicilərin hərəkətinə ciddi maneələr yaradıb./azetac/ Teqlər : #İndoneziyada ,#daşqınlar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İrlandiyada niqablı müsəlman xanımlar daha az irqçiliyə məruz qalır İmam Cavad və İmam Kazimin (ə) hərəmində yeni qapılar quraşdırılacaq - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO