İndoneziyada müsəlman qadınlar arasında hicab təbliğ olunur

İndoneziyada fəal müsəlman qadınlar, dəblə maraqlanan insanlara geniş çeşid hicab geyimlərini təqdim edərək, qərbin təsirlərinə qarşı mübarizəyə başlayıblar. 
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, 37 yaşlı müsəlman qadın Risti Rəhmadi əvvəllər hicab taxmırdı, bəzəksiz küçəyə çıxmaz və qərb dəbini izləyərdi, sonradan isə o yaylıqlarla maraqlanmağa başladı və hicabı qəbul etdi. Onun fikrincə, müasir həyatı və cəmiyyətdə geniş yayılmış konsumerizmi  nəzərə alaraq dini də marketinq üsulu ilə təbliğ etmək lazımdır. 
Misal olaraq, dəblə ayaqlaşan qadınlar uzun ətəklər və yaylıqlarla maraqlanarsa, mümkündür ki müsəlman qadına laiq olan tərzdə geyinməyə başlasın. 
Risti əlavə edir ki, " Məncə İndoneziya qərbə çox bənzəməyə başlayıb. İndoneziyalı gənc qadınlar ticarət və əyləncə mərkəzlərində o qədər çox vaxt keçirirlər ki, hətta namazı belə unudurlar".
Qeyd etmək lazımdır ki, İndoneziya müsəlmanları hicablı qadınlardan ibarət "Hicaberi" adlı icma yaradıblar. //

 

Google+ WhatsApp ok.ru