Yəhudi ekstremistlər Məscidi-Əqsanı yandıracaqları ilə hədələyiblər

Bazar günü yəhudi radikalları Qüds şəhərində aksiya keçiriblər.
Aksiyada Məscidi-Əqsanın yandırılmasına yerində yəhudi məbədinin tikilməsinə çağırışlar edilib. 
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, aksiya iştirakçıları yürüş təşkil ediblər və İslamın müqəddəs məkanına daxil olmaq istəyiblər lakin təhlükəsizlik qüvəlləri onlara icazə verməyib. 
Onlar, Qüds şəhərində, antimüsəlman və antifələstin çıxışları ilə tanınan ravvin Yexuda Qlikin öldürüldüyü yerdə toplaşıblar. 
Ekstremistlərin aksiyasına Omri Qanor tərəfindən idarə olunan "Həyat tərzi" təşkilatı razılıq alıb.
Qeyd etmək lazımdır ki, İsrail müqəddəs Qüds şəhərini 1967-ci ildə işğal edib və BMT-nin qərarına baxmayaraq öz ərazilərinə əlavə edib.  //
 
 

Google+ WhatsApp ok.ru