Neftə arxayınçılıq

Neftə arxayınçılıq

"Novoye Vremya" qəzetində "Xoş olmayan meylləri necə aradan qaldırmaq olar?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, son bir ildə ölkədə sənaye istehsalı aşağı düşüb. Əsas kapitala qoyulan investisiyada azalma var.
 
Yazıda güman edilir ki, bu proses ölkədə ixtisarları və işsizliyi artıracaq.
 
Müəllif daha sonra bir sıra biznes obyektlərinin fəaliyyətlərinin dayandırılmasından bəhs edir. Yazıda buna səbəblər kimi manatın devalvasiyası, xarici valyuta qatlığı, əhalinin gəlirlərinin kəskin şəkildə azalması və dövriyyənin kiçilməsi göstərilir: "Bununla yanaşı, kiçik və orta biznesdəki istənilən neqativ proses bütünlükdə ölkədəki sahibkarlıq mühitinə təsir göstərir. Bu, ölkədə fəaliyyət göstərən xarici investorlara, habelə Azərbaycanın qeyri-neft sektoruna maliyyə yatırmaq istəyən potensial iş adamlarına təsirsiz ötüşmür".
 
Yazıda vurğulanır ki, korrupsiya, inhisar və məmur özbaşınalığı inkişafa əsas maneələrdəndir.
 
Müəllif hesab edir ki, hələ də, neftin qiymətinin yüksələcəyinə, bununla da ölkənin böhrandan çıxacağına ümid bəsləyənlər var. /

Google+ WhatsApp ok.ru