Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib

Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib

Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib.
 
Maide.Az xəbər verir ki,  müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
 
Neftçala Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmələri tapşırılır.
 

Google+ WhatsApp ok.ru