Neftçilərin meyiti Türkmənistandan Bakıya gətirildi 04 Yanvar 2016 02:00 Ölkə Xəbər verdiyimiz kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib. Məlumat daxil olduqdan sonra cəsədlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi ölkəyə geri qayıdıb. FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib. Qafqazinfo/ Teqlər : #Neftçilərin meyiti Türkmənistandan Bakıya gətirildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Səudiyyə rejimi Şeyx Nimri edam etməklə İslam dünyası ilə düşmənçiliyini elan etdi` Azərbaycanda maaşlar inflyasiyadan qorunurmu? - EKSPERT ŞƏRHİ