Nehrəm sakinlərinin suyu kəsilib

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndinin 20-yə yaxın sakini bazar ertəsi Su Təsərrüfatı İdarəsinin yerli şöbəsi qarşısında etiraz aksiyası keçirib.
 
Sakinlər taxıl əkinlərinin suvarılması üçün su verilməsinin dayandırılmasından şikayət edir. Sakinlərin sözlərinə görə, bu, qəsdən, kiçik taxıl istehlakçılarını boğmağa çalışan yerli məmurların maraqları çərçivəsində edilir.
 
Lakin etirazçıların qarşısına çıxan olmayıb. Turan-ın regional müxbiri Babək rayon icra hakimiyyətindən və rayon su təsərrüfatı idarəsindən şərh ala bilməyib. Belə ki, jurnalistin nə ilə əlaqədar zəng etdiyini öyrənən məmurlar onunla danışmaqdan imtina ediblər. /

Google+ WhatsApp ok.ru