Yanan binanın sakinləri Nazirlər Kabinetinin qarşısında aksiya keçiriblər -FOTO

Yanan binanın sakinləri aksiya keçiriblər.
 
Musavat.com xəbər verir ki, saat 14:00 radələrində əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinə və oradan da Prezident Administrasiyasına yollanan sakinləri heç kim qəbul etməyib.
 
Sakinlər daha sonra Nazirlər Kabinetinin qarşısına toplaşıblar.
 
30 nəfərə yaxın sakinin tələbi onlara verilən vədlərin yerinə yetirilməsidir. Sakinlər bildirirlər ki, yanğından sonra binanın təmiri keyfiyyətsiz şəkildə həyata keçirilib.
 
Prezidentin tapşırığına əməl etdiklərini göstərməyə çalışan məmurlar mənzilləri keyfiyyətsiz mebellərlə və ev əşyaları ilə təmin ediblər. Narazı sakinlər kondisioner, soyuducu kimi əşyaları, söz verilsə də, ala bilmədiklərini də qeyd ediblər.
 
Nazirlər Kabinetinin qarşısına toplaşanlar arasında yanğın zamanı zərər görən, yararsız vəziyyətə düşən obyektlərin və maşınların sahibləri də var. Onlar da heç bir kompensasiya ala bilmədiklərinə görə etiraz ediblər.
 
Xatırladaq ki, Azadlıq prospektində baş verən yanğında 15 nəfər ölmüşdü. Binanın bütün mənzilləri yanmışdı.  /

Yanan binanın sakinləri Nazirlər Kabinetinin qarşısında aksiya keçiriblər

Google+ WhatsApp ok.ru