Netanyahu Qəzzaya hücumları davam etdirəcəyini deyib

Sionist rejim dünya ictimaiyyətinin qınaqlarına və BMT-nin qətnamələrinə məhəl qoymur

Qəzzada insan ölümlərinin artması ilə beynəlxalq təzyiqə məruz qalan sionist rejimin Baş naziri Benyamin Netanyahu heç bir atəşkəsi qəbul etməyəcəklərini bildirib.
 
Axar.az xəbər verir ki, Netanyahu Qəzzaya hücumlarla bağlı kəskin və yekun sözünü deyib.
 
Baş nazir tunellərin yox ediləcəyinə qədər əməliyyatların davam edəcəyini qeyd edib.
 
Netanyahu atəşkəsin olub-olmamasına baxmayaraq İsrailin təhlükəsizliyi üçün əməliyyatların yekunlaşdırılması ilə bağlı heç bir təklifi qəbul etməyəcəklərini vurğulayıb. /

Google+ WhatsApp ok.ru