New York Times: `ABŞ Əsədin qalmasının tərəfdarıdır`

"The New York Times"ın xəbərinə görə ABŞ Suriya və Əsəd haqqındakı siyasətlərində İŞİD terrorçularına görə dəyişiklik edib.
 
Maide.az xəbər verir ki, ABŞ rəhbərliyi uzun perspektivdə uzunmüddətli həllin Suriya prezidenti Bəşər Əsədin hakimiyyəti tərk etməsi fikrini saxlamaqla yanaşı, xüsusilə İŞİD təhdidinə görə Suriyada mərhələli həll  prosesinin tərəfdarıdır.
 
"New York Times"da yer alan xəbərdə Əsədin devrilməsi halında, mövcud xaos mühitini təşkil edən radikal qrupların qarşısında heç bir gücün qalmayacağı başa düşüldüyündən, ABŞ-ın Əsəd siyasətini yenidən nəzərdən keçirdiyi və hələlik Əsədin vəzifədə qalmasının regionda sabitlik baxımından daha faydalı olacağı vurğulanır.
 
ABŞ-ın Əsəd ilə bağlı siyasət dəyişikliyindən sonra Əsəd ilə bağlı sərt sözləri gündəmdən düşməyən ABŞ Dövlət katibi Con Kerrinin ifadələrindəki üslubun dəyişməsi diqqət çəkib. ABŞ mətbuatında yer alan xəbərdə Con Kerrinin keçən həftə Əsədin "siyasətlərini dəyişdirməsi lazım olduğunu" söyləməklə, kifayətləndiyinə işarə edilib.

Google+ WhatsApp ok.ru