Neçəyə başa gələcəyi bəlli olmayan icbari tibbi sığorta

Neçəyə başa gələcəyi bəlli olmayan icbari tibbi sığorta

-- İTS-i bu ildən tətbiq etmək planının olmasına baxmayaraq, mütəxəssislər...

"Novoye Vremya" qəzetində isə "İcbari tibbi sığorta (İTS) sistemləri- Terra Incognita" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif ölkədə İTS-in durumu, tibb sistemi və qanunvericiliyin bu yeniliyi qəbul etməyə hazır olmasını müzakirəyə çıxarıb.
 
Müəllif deyir ki, adətən rəsmilər buna mövcud inkişaf müstəvisində olan tibbi xidmətlərin müasir tələblərə cavab verməsilə yanaşı, həm də onun mövcud maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi kimi baxırlar.
 
Müəllif deyir ki, mütəxəssislər də bu nöqtəyə xüsusi maraq göstərirlər, belə ki, onlar tibbi xidmətin indiki səviyyəsini müəyyən etdikdən sonra inkişafı məsələsini müstəvi üzərinə gətirirlər.
 
Müəllif deyir ki, bu sistemin maliyyələşdirirlməsinin əsas mənbəyi dövlət büdcəsidir, belə ki, bu vəsaitlərin 80%-ni sosial ayırmalar, 20%-ni isə büdcədən ödəmələr təşkil edir: "Mütəxəssislər deyirlər ki, sığorta ödənişlərini iş adamları etməlidir, söhbət özəl və dövlət tibb müəssisələrilə müqavilə imzalayan şirkət və dövlət müəssisələrindən gedir. Təəssüf ki, mütəxəssislər İTS-nin maliyyə baxımından vətəndaşa neçəyə başa gələcəyini belə bilmirlər".
 
Müəllifə görə, hətta bu layihədə iştirakçı olan bəzi şəxslər uşaqların, pensiyaçıların, əmək münasibətlərini rəsmiləşdirə bilməyən şəxslərə İTS-in tətbiqi şərtləri barədə cavab verməkdə çətinlik çəkirlər.
 
Müəllif deyir ki, İTS maliyyə orqanlarına maliyyə yatırımı hesabına maliyyələşək, amma investisiya portfelinin strukturu barədə dəqiq məlumatlar yoxdur.
 
Müəllif deyir ki, İTS-i bu ildən tətbiq etmək planının olmasına baxmayaraq, mütəxəssislər tibbi sığortanın tibb müəssisəsinin yüksək ödənişlərini öhdələyə biləcəyinə də şübhə ilə yanaşırlar. "Hətta belə, təhlükə var ki, vətəndaş bir tərəfdən İTS-ə , digər tərəfdən isə dövlət tibb müəssisələrinin xidmətlərinə görə pul ödəməli olsunlar".
 
Azad İstehlakçılar Birlyinin sədri Eyyub Hüseynov İTS-ı "müasir tələb" adlandırsa da bu sahədə sui-istifadəyə gətirib çıxaracaq qanunvericiliyin zəif olduğunu bildirir.
 
AİB sədri sığorta ilə tibb müəssisəsinə gələn şəxsdən məhz pul alaraq müalicə olunması barədə informasiyaya malik olduğunu bildirib və bu mənada tibb müəssisələrinin belə bir institutun tətbiqinə hazır olmadıqlarını söyləyib.
 
E.Hüseynova görə, bu, həm də həkimlərin xəstəyə lazım olmayan kifayət qədər medikamentlərin yazılması "təcrübsi"ni işə salacaq və ümumiyyətlə, tibb sahəsində müəyyən islahatlar olmadan tibbi sığorta səmərəsiz olacaq.(contact.az)
 

Google+ WhatsApp ok.ru