İngilis qəzeti xəbərdarlıq etdi: Məkkə təhlükədədir!

Bir ingilis qəzeti Məkkədəki hərəmi genişləndirmə layihəsinin əslində bir tarix məhvinin olacağına diqqət çəkib və bu layihə ilə tarixi-İslami əsərlərdən heç bir əsər qalmayacağını yazıb.
 
Maide.az xəbər verir ki, Andrew Johnson "Independent" qəzetində dərc olunan "Məkkə təhlükədə!" başlıqlı yazısında bunları qeyd edib:
 
"Yeni layihədə İslam Peyğəmbərinin doğulduğu evin dağıdılıb yerinə saray və ticarət mərkəzi tikilməsi gündəmdədir. Yəni Peyğəmbərin doğulduğu ev mərmərdən sütunların altında itib gedəcək. Bir neçə milyard dollarlıq hərəmi genişləndirmə layihəsi adı altında əslində bir tarix soyqırımı reallaşacaq. Onsuz da bu layihə bir neçə il əvvəl başlamış və yüzlərlə tarixi əsərin məhvinə səbəb olub. Bu gün minlərlə il əvvələ aid tarixi abidələr və məkanlardan 95 faizininin yerində otellər və ticarət mərkəzlərini görürük. Son genişləndirmə layihəsi isə 500 il əvvəl merac hadisəsinin xatirəsinə tikilmiş tarixi əhəmiyyətə sahib sütunları məhv etdi.
 
Yeni genişləndirmə layihəsində Ərəbistan kralı üçün saray tikilməsi nəzərdə tutulub. Bu saray Peyğəmbərin doğulduğu evin yerində tikiləcək. Məkan 1951-ci ildə tikilən böyük bir kitabxana ilə mühafizə altına alınmışdı. Ancaq Səudiyyə rejimi ziyarətçilərin burada namaz qılmamaları lazım olduğunu söyləyirdilər və buranın Peyğəmbərin doğulduğu ev olduğuna dair qəti sənəd tapılmadığını deyirdilər."

Google+ WhatsApp ok.ru